New law “On Prevention of the Legalization of Criminally Obtained Funds or Other Property and the Financing of Terrorism” was adopted

Document: Law of the Republic of Azerbaijan “On Prevention of the Legalization of Criminally Obtained Funds or Other Property and the Financing of Terrorism” (“Law”)

Date of signing: December 30, 2022

Commentary: The Law stipulates customer compliance measures, the obligation to store information and documents, measures in relation to transactions with  politically exposed persons, their close relatives or persons with whom they have a close relationship, measures in relation to business relations and transactions established through new technologies, measures in relation to business relations and transactions with citizens of high-risk zones, as well as persons with bank accounts registered in such zones, and measures within the framework of the internal control programme.

Also, monitoring and control measures such as suspension of operations, control of foreign exchange assets and cross-border transportation of national currency are stipulated in the Law.

The Law of the Republic of Azerbaijan on “On Prevention of the Legalization of Criminally Obtained Funds or Other Property and the Financing of Terrorism” dated February 10, 2009 has been repealed since this Law entered into force on February 1, 2023.

New law “On Targeted Financial Sanctions” was adopted

Document: Law of the Republic of Azerbaijan “On Targeted Financial Sanctions” (“Law”)

Date of signing: December 30, 2022

Commentary: Under the Law, the international list of persons subject to sanctions is based on the resolutions of the United Nations Security Council. whose list is determined by the Cabinet of Ministers of the Republic of Azerbaijan based on the presentation of the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan.

Additionally, individuals and institutions subject to sanctions within the framework of the combat against terrorism and financing of terrorism will be added to domestic lists following the court decision based on the presentation of the State Security Service of the Republic of Azerbaijan, and this list will be published in the internet information resource on targeted financial sanctions.

Targeted financial sanctions, without replacing the measures applied within the framework of criminal proceedings, are preventive in nature and include the following aimed at preventing terrorism and proliferation of weapons of mass destruction:

  • immediate asset freezing;
  • prohibiting the provision of individuals and institutions subject to sanctions with assets, economic resources or financial and other related services.

The Law entered into force on February 1, 2023.

The period of suspension of entrepreneurial inspections has been extended

Document: Law of the Republic of Azerbaijan “On amendments to the Law of the Republic of Azerbaijan “On Suspension of Entrepreneurial Inspections” (“Law”)

Date of signing: February 1, 2023

Commentary: Entrepreneurial inspections are suspended until January 1, 2024.

The Law is effective from January 1, 2023.

Republic of Azerbaijan has approved the Convention on Occupational Safety and Health

Document: Law of the Republic of Azerbaijan “On approval of Convention No. 155 "On Occupational Safety and Health" of the International Labor Organization” ("Law")

Date of signing: February 1, 2023

Commentary: Under approved Convention No. 155 of the International Labor Organization "On Occupation Safety and Health" adopted in Geneva on June 3, 1981, each Member State shall, in the light of national conditions and practice, and in consultation with the most representative organizations of employers and workers, formulate, implement and periodically review a coherent national policy on occupational safety, occupational health and the working environment.

The law entered into force on February 9, 2023.

Scope of the law "On Non-cash settlements" have been expanded

Document: Law of the Republic of Azerbaijan “On making amendments to the Housing Code of the Republic of Azerbaijan, Laws of the Republic of Azerbaijan "On Currency regulation", "On State registration and state register of legal entities", "On Banks", "On Approval of the Regulation on the Anti-Corruption Commission of the Republic of Azerbaijan", "On Insurance activities", "On Investment funds", "On Securities market" and "On Non-cash settlements" ("Law")

Date of signing: December 30, 2022

Commentary: According to the Law, payments made for the purchase and sale of immovable property, for the share of a member of a housing-construction cooperative, and for the purchase of residential and non-residential areas from persons engaged in construction activities are included in the list of transactions that must be carried out in a non-cash manner.

In addition, payments for the purchase and sale of movable property registered in the official registers (except for the sale of cars) with a total amount of more than fifteen thousand manats must be carried out only in non-cash form.

The Law entered into force on February 2, 2023.

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında yeni qanun qəbul edildi

Sənəd: “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 30 dekabr 2022-ci il

Şərh: Qanunda müştəri uyğunluğu tədbirləri, məlumat və sənədlərin saxlanılması öhdəliyi, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə tədbirlər, yeni texnologiyalar vasitəsilə yaradılan işgüzar münasibətlərə və aparılan əməliyyatlara münasibətdə tədbirlər, yüksək riskli zonaların vətəndaşları ilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar işgüzar münasibətlər və əməliyyatlara münasibətdə tədbirlər, daxili nəzarət proqramı çərçivəsində tədbirlər kimi önləyici tədbirlər öz əksini tutmuşdur.

Həmçinin, Qanunda əməliyyatların icrasının dayandırılması, valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınmasına nəzarət kimi monitorinq və nəzarət tədbirləri də qeyd edilmişdir.

Bu Qanunun 1 fevral 2023-cü il tarixində qüvvəyə minməsi ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” 10 fevral 2009-cu il tarixli, 767-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu ləğv edilmişdir.

Hədəfli maliyyə sanksiyaları haqqında Qanun qəbul edildi

Sənəd: “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 30 dekabr 2022-ci il

Şərh: Qanuna əsasən, barələrində sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır və bu qətnamələrin siyahısı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Hədəfli maliyyə sanksiyaları cinayət mühakimə icraatı çərçivəsində tətbiq edilən tədbirləri əvəzləmədən, önləyici xarakter daşıyaraq, terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə aşağıdakı tədbirləri nəzərdə tutur:

  • aktivlərin təxirəsalınmadan dondurulması;
  • sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsinin qadağan edilməsi.

Qanun 1 fevral 2023-cü ildə qüvvəyə minmişdir.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti uzadıldı

Sənəd: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 1 fevral 2023-cü il

Şərh: Sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır.

Qanun 1 yanvar 2023-cü ildən tətbiq edilir.

Azərbaycan Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında Konvensiyasını təsdiq etdi

Sənəd: Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 1 fevral 2023-cü il

Şərh: Təsdiq edilmiş Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 1981-ci il iyunun 3-də Cenevrə şəhərində qəbul edilmiş 155 nömrəli Konvensiyasına müvafiq olaraq, Üzv Dövlətlər milli qaydaları və praktikaları nəzərə almaqla və işəgötürənlərin və işçilərin nümayəndəli orqanları ilə məsləhətləşməklə, əməyin təhlükəsizliyi, əməyin gigiyenası və əmək şəraiti haqqında sistemli milli siyasət planı hazırlamalı, tətbiq etməli və davamlı olaraq nəzərdən keçirməlidir.

Qanun 9 fevral 2023-cü ildə qüvvəyə minmişdir.

“Nağdsız hesablaşmalar haqqında” qanunun əhatə dairəsi genişləndirilib

Sənəd: Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Sığorta fəaliyyəti haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 30 dekabr 2022-ci il

Şərh: Qanuna əsasən, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər nağdsız qaydada həyata keçirilməli olan əməliyyatların sırasına daxil olunmuşdur.

Bundan başqa, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər də yalnız nağdsız formada həyata keçirilməlidir.

Qanun 2 fevral 2023-cü ildə qüvvəyə minmişdir.

Contact