Document: Law of the Republic of Azerbaijan “On Public Procurement” (“Law”)

Date of signing: 23 June 2023

Commentary: The Law, developed based on international experience, introduces several innovations in the procurement sector. You can familiarize yourself with the most important developments below.

  1. Exceptions to Procurement Proceedings: The scope of procurements to which the law does not apply has been expanded. The provisions of the law shall not apply to the procurement of loans, securities, checks, foreign currency, and services related to them, as well as the procurement of goods, works, or services within the framework of relations regulated by the Law of the Republic of Azerbaijan "On Public-Private Partnership," etc.
  2. Unified Internet Portal: Except for procurements related to confidential information, procurements shall be carried out only through the unified internet portal of public procurements - “etender.gov.az”. It should also be noted that the process of submitting the certificate issued by the State Tax Service to entrepreneurs participating in state procurements, stating that there are no cases of non-fulfillment of the entrepreneur's duties defined by the Tax Code of the Republic of Azerbaijan, has already been digitized as well.
  3. Documents in Foreign Language: Documents (information) by non-resident suppliers can be submitted in the relevant foreign language if provided for in the terms of reference.
  4. Unreliable Suppliers: Grounds and terms for announcing suppliers as unreliable have been regulated. For example, if the supplier has refused to conclude a procurement agreement for three or more purchases within one calendar year, such a supplier shall be considered unreliable and included in the official register. The period of stay of suppliers in the register of unreliable suppliers cannot exceed three years, and during that period, suppliers shall not be allowed to participate in public procurement.
  5. Framework Contracts: Furthermore, a new concept of a framework agreement has been introduced with the new law. According to the new concept, a framework agreement can be concluded for items subject to procurement that are periodically or repeatedly required, for which the volume and price cannot be fully determined in advance. Such an agreement defines the terms of purchase within one budget year for procurement items between the procurement organization and two or more suppliers that meet the requirements.
  6. Cases Requiring State Approval: Regardless of the estimated price, closed tender, single-source procurement methods, and open tender or quotation request methods resulting in the conclusion of a framework agreement shall be applied only with the consent of the State Service for Antimonopoly and Consumer Market Control under the Ministry of Economy of the Republic of Azerbaijan.

Potential impact: The Law shall improve transparency in public procurement processes and ensure that public funds are used efficiently and effectively. The new Law also includes provisions aimed at promoting the participation of suppliers qualifying as micro, small, and medium-sized businesses in public procurement. It is anticipated that this will have a positive impact on economic inclusion and diversity.

The Law enters into force as of January 1, 2024.

Dövlət satınalmaları haqqında yeni qanun qüvvəyə minir

Sənəd: Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu (“Qanun”)

İmzalanma tarixi: 23 iyun 2023-cü il

Şərh: Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış bu Qanun bir sıra yeniliklərin tətbiq olunmasını özündə ehtiva edir. Bu yeniliklərlə aşağı hissədə tanış ola bilərsiniz:

  1. Qanunun tətbiq dairəsi. Qanunun şamil edilməyəcəyi satınalmaların dairəsi genişləndirilmişdir (kreditlərin alınması, qiymətli kağızlar, çeklər və xarici valyuta və bunlarla bağlı xidmətlərin alınması, “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən münasibətlər çərçivəsində mallar, işlər və ya xidmətlərin alınması və s. üçün bu Qanunun müddəaları tətbiq olunmayacaq).
  2. Vahid internet portalı. Məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, satınalmalar yalnız dövlət satınalmalarının vahid internet portalı -  “etender.gov.az” üzərindən həyata keçiriləcək.  Onu da qeyd edək ki, dövlət satınalmalarında iştirak edən sahibkarlara Dövlət Vergi Xidməti tərəfindən verilən, sahibkarın Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayışın təqdim olunması prosesi də artıq elektronlaşdırılmışdır.
  3. Xarici dildə olan sənədlər. Qeyri-rezident təchizatçılar tərəfindən sənədlər (məlumatlar) şərtlər toplusunda nəzərdə tutulduqda müvafiq xarici dildə təqdim oluna biləcək.
  4. Təchizatçıların etibarsız hesab edilməsi. Təchizatçıların etibarsız hesab edilməsi üçün əsaslar və müddətlər (məsələn, təchizatçı 1 (bir) təqvim ili ərzində 3 (üç) və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina etmişdirsə, həmin təchizatçı etibarsız elan edilərək rəsmi reyestrə daxil ediləcəkdir) müəyyən edilmişdir. Təchizatçıların etibarsız təchizatçıların reyestrində qalma müddəti 3 (üç) ildən çox ola bilməz və həmin müddət ərzində təchizatçıların satınalmalarda iştirakına yol verilməyəcək.
  5. Çərçivə sazişləri. Qanunla eyni zamanda yeni çərçivə sazişi anlayışı təqdim edilmişdir. Belə ki, dövri və ya təkrar tələb olunan, eyni zamanda həcminin və ümumi qiymətinin əvvəlcədən tam müəyyənləşdirilməsi mümkün olmayan satınalma predmetləri üçün çərçivə sazişi bağlanıla biləcək. Belə saziş satınalan təşkilatla tələblərə uyğun olan iki və ya daha çox təchizatçı arasında bir büdcə ili ərzində satınalma şərtlərini müəyyənləşdirir.
  6. Razılıq tələb olunan hallar. Ehtimal olunan qiymətdən asılı olmayaraq, qapalı tender, bir mənbədən satınalma metodları və çərçivə sazişinin bağlanması ilə nəticələnən açıq tender və ya kotirovka sorğusu metodları yalnız Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə tətbiq ediləcək.

Qanunun mümkün təsirləri: Qanun dövlət satınalmaları proseslərində şəffaflığı təmin edəcək və dövlət vəsaitlərinin səmərəli və məqsədyönlü istifadəsinə şərait yaradacaq. Yeni Qanun həmçinin mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçıların dövlət satınalmalarında iştirakını təşviq etməyə yönəlmiş bir sıra müddəaları da ehtiva edir. Bunun iqtisadi inklüzivliyə və müxtəlifliyə müsbət təsir göstərəcəyi gözlənilir.

Qeyd edək ki, Qanun 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minəcək.

Contact