Skip to main content


      Texnologiya strategiyadan çatdırılmaya qədər biznesin aparılması üsulunu dəyişdirə bilər. Yeni və inkişaf etməkdə olan texnologiyalardan istifadə edərək siz rəqabət üstünlüyünüzü qoruyub saxlaya və rəqəmsal transformasiya təşəbbüslərinizdə uğur qazana bilərsiniz. Əksinə, köhnəlmiş və parçalanmış texnologiya, proses və xidmət modelləri sizi geridə qoya bilər və strateji məqsədlərinizə çatmağı çətinləşdirə bilər.

      Biznes funksiyalarınızı transformasiya etmək və daha çox dəyər yaratmaq üçün düzgün yanaşma tələb olunur.

      Uğurla transformasiya edən şirkətlər özlərinə mühüm sualları verirlər:

      • Bizim biznes funksiyalarımız manual, ləng və silo şəklində təşkil olunub?
      • Mövcud texnologiyalarımız inkişaf üçün maneə yaradırmı?
      • Köhnəlmiş texnologiyalar dəyər itkisinə səbəb olurmu?
      • Dəyəri artırmaq üçün dataya əsaslanan anlayışlardan istifadə edə bilərikmi?
      • Dəyəri artırmaq üçün süni intellektdən necə və harada istifadə edə bilərik?
      • Niyə əvvəlki transformasiya səylərimiz uğursuz oldu?

      “KPMG Powered Enterprise” bu kimi suallara cavab verməyə imkan yaradır və biznes funksiyalarının transformasiyasını dəstəkləyən həllər toplusudur. Dərin funksional təcrübəyə əsaslanaraq, funksiyanın əməliyyat modelinin bütün aspektlərini əhatə edən geniş həllər spektri KPMG tərəfindən formalaşdırılmışdır. “KPMG Powered Enterprise” bizneslərə “ən yaxşı təcrübəni” tez və təhlükəsiz şəkildə əldə etməyə kömək etmək üçün nəzərdə tutulmuşdur.

      “KPMG Powered Enterprise”-a Hədəf Əməliyyat Modeli (Target Operating Model), Güclü Texnologiya (Powered Technology) və Güclü Təkamül (Powered Evolution) daxildir.


      kpmg-enterprise1

      Onlar birlikdə biznesinizi daha çevik (agile), davamlı və rəqabətədavamlı edə bilər və gələcəyi bu gün əlçatan edir:

      • Hədəf Əməliyyat Modeli sizə proseslər, insanlar, xidmətlərin çatdırılması modeli, texnologiya, performans göstəriciləri və data, eləcə də idarəetmə üzrə funksiyanızın hədəf görünüşünü dizayn etməyə kömək edir.
      • Güclü Texnologiya vasitəsilə qabaqcıl təcrübəni əks etdirən və funksional transformasiyanı sadələşdirmək üçün süni intellekt və qabaqcıl avtomatlaşdırmanı özündə birləşdirən alət və metodlar tətbiq olunur.
      • Güclü Təkamül, ilkin transformasiya proqramı tamamlandıqdan sonra müştərilərin davamlı şəkildə dəstəklənməsini təmin edir. Təchizatçı tərəfindən yeni funksiyalar təqdim edildikdə və ya təşkilatda dəyişikliklər olduqda, əməliyyat modelinin aktual saxlanılması üçün müvafiq yeniliklərin tətbiqinə KPMG tərəfindən dəstək göstərilir.

      kpmg-enterprise2

      Hədəf Əməliyyat Modeli (Target Operating Model)

      Ənənəvi hədəf əməliyyat modelləri çox vaxt kifayət qədər əhatəli olmur. Onlar əsasən proses–insan–texnologiya əlaqəsinə fokuslanır və işin harada icra olunduğunu, necə ölçüldüyünü, necə hesabatlandırıldığını və necə idarə olunduğunu tam əhatə etmir.

      Bu boşluğu aradan qaldırmaq üçün KPMG-nin Hədəf Əməliyyat Modeli üç deyil, altı əsas qat üzrə qurulmuşdur: Funksional Proseslər, İnsanlar, Xidmət Təqdimetmə Modeli, Texnologiya, Performans analizi və data, eləcə də İdarəetmə.


      kpmg-enterprise3

      Bu altı komponentin qarşılıqlı əlaqəsini düzgün başa düşmək inteqrasiya olunmuş və yüksək effektiv həllin qurulması üçün əsas şərtdir.

      Güclü Texnologiya (Powered Technology)

      Güclü Texnologiya biznesə əsaslanan yanaşma ilə qabaqcıl və inkişaf edən texnologiyalardan istifadə etməyə və transformasiyanı sürətləndirməyə imkan verir.

      Müəssisələrin bazar tələblərinə çevik cavab verməsi üçün onların texnologiya dəyişikliklərini sürətli şəkildə tətbiq etmək qabiliyyəti olmalıdır. Güclü Texnologiya ilkin olaraq bulud əsaslı yanaşma kimi formalaşdırılmışdır və KPMG tərəfindən aparıcı texnologiya şirkətləri ilə qurulmuş strateji tərəfdaşlıqlara əsaslanır.

      Bu model yalnız buludla məhdudlaşmır. O, süni intellekt, maşın öyrənməsi, data və analitika kimi qabaqcıl texnologiyalara əsaslanan rəqəmsal həllər toplusunu əhatə edir. Bu həllər əməliyyat səmərəliliyini artırmağa yönəlib və nəticədə daha yüksək performans və daha sürətli dəyər əldə etməyə imkan verir.

      Transformasiya təşəbbüsü zamanı funksional prosesləriniz üçün uyğun rəqəmsal həllərin hansı ssenarilərdə tətbiq olunacağını müəyyən etmək çətin ola bilər. Bu məqsədlə KPMG tərəfindən aşağıdakı beş rəqəmsal aktivləşdirmə kateqoriyası istifadə olunur:

      1. Qarşılıqlı əlaqə (Engagement): Texnologiya, data və süni intellekt vasitəsilə işçi və müştəri təcrübəsinin təkmilləşdirilməsi üzrə əməkdaşlıq.
      2. Avtomatlaşdırma (Automation): Biznes proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması
      3. Süni intellekt (Artificial Intelligence): Qərarvermənin təkmilləşdirilməsi, proqnozlaşdırma və analitika, eləcə də ağıllı proseslərin qurulması
        • Eyni zamanda, süni intellekt digər bütün kateqoriyalar üzrə kəsişən imkan kimi tətbiq olunur
      4. Data: Müəssisə üzrə data idarəetməsinin qurulması, analizi və biznes dəyərinə çevrilməsi
      5. Platforma / Ətraf mühit (Platforms / Environment): Bulud əsaslı və müasir texnoloji infrastruktur üzərində çevik və miqyaslana bilən həllərin təmin edilməsi

      Güclü Təkamül (Powered Evolution)

      Güclü Təkamül funksional transformasiyanı davamlı olaraq optimallaşdırmaq üçün nəzərdə tutulmuş tələb üzrə xidmətdir.

      Bu model funksiyanın yüksək səviyyədə fəaliyyətini davamlı şəkildə təmin etmək məqsədilə qlobal proses və texnoloji resursları yerli təcrübə ilə birləşdirən çoxsəviyyəli KPMG-nin qlobal çatdırılma şəbəkəsi vasitəsilə təqdim olunur.

      Hər bir transformasiya unikal ola bilər, lakin adətən Güclü Təkamül aşağıdakı üç əsas sahəni əhatə edir:

      1. Əsas xidmətlər

      Müraciətlərin (case) idarə olunması, rüblük yeniləmə dəstəyi, yamaqların (patch) idarə edilməsi, biliklərin idarə edilməsi, xidmət masası, əməliyyatların idarə edilməsi və sınaq

      2. Zənginləşdirmə xidmətləri

      Konfiqurasiya dəyişiklikləri, inkişaf və təkmilləşdirmələr, təhlükəsizlik və nəzarət, data inteqrasiyası, interfeys xidmətləri və hesabatların hazırlanması

      3. İdarəetmə

      Relizlərin planlaşdırılması və idarəsi, dəyişikliklərin idarə olunması və hesabatlılıq

      Güclü Təkamül üçün bacarıqlar

      Transformasiya investisiyasından əldə edilən dəyəri maksimuma çatdırmaq üçün KPMG-nin müxtəlif ölkələrdə fəaliyyət göstərən üzv şirkətlərində çalışan ixtisaslı mütəxəssislərdən ibarət xüsusi komandalar mövcuddur.

      Güclü Təkamül davamlı dəyişikliklərə uyğunlaşmaq üçün zəruri bacarıq və resursların optimal kombinasiyasını təmin edir və biznesinizi irəli aparan davamlı dəyər yaratmağa kömək edir.

      Author

      Orkhan Babayev

      CIO Advisory Leader,
      Technology Consulting
      KPMG Azerbaijan
      obabayev@kpmg.az